Azərbaycan Xəritəsi
Tamaşaçılar rayon adını yazır, xəritədə öz rayonlarını tutur. Hədiyyələr daha çox rayon qazandırır, ən çox ərazi toplayan qalib gəlir.
Hədiyyə, like, follow və şərhlər oyunda hadisəyə çevrilir. Oyunu yüklə, abunə kodunu yaz, TikTok adınla qoşul. Hamısı Azərbaycan dilində, səsli şərhçi ilə.
Hər oyun canlı yayın üçün qurulub və Azərbaycan dilində səsli şərhçi ilə gəlir. Premium abunə hamısını açır.
Tamaşaçılar rayon adını yazır, xəritədə öz rayonlarını tutur. Hədiyyələr daha çox rayon qazandırır, ən çox ərazi toplayan qalib gəlir.
Tamaşaçılar komanda adını yazıb öz komandasının tərəfində meydana çıxır, matçlar canlı oynanır. Mövsüm boyu cədvəl aparılır.
Ekranda yol nişanları və hərəkət qaydaları üzrə sual çıxır, tamaşaçılar A, B, C və ya D yazır. Düzgün cavab verənlər xal toplayır.
Paketi seç, M10 ilə ödə və qəbzi WhatsApp ilə göndər. Abunə kodun bir neçə dəqiqəyə gəlir.
Zip faylını aç, oyunun .exe faylını işə sal. Əlavə proqram quraşdırmaq lazım deyil.
Açılan səhifəyə kodu yaz. Kod bu kompüterə bağlanır, növbəti dəfə soruşulmur.
TikTok adını yaz, LIVE Studio-da oyun linkini əlavə et və yayına başla.
Yalnız Windows 10 və 11 (64 bit). Oyunları yalnız bu saytdan yükləyin.
http://localtest.me:3000/live. Ölçü 720 × 768, səs açıq.| Adi qurulum | TikGaming | |
|---|---|---|
| TikTok bağlantısı | Ayrı körpü proqramı | Oyunun içində |
| Hədiyyə ayarları | Əl ilə qurulur | Hazır gəlir |
| Dil | İngiliscə | Azərbaycanca, səsli şərhçi ilə |
| Dəstək | Xarici forumlar | WhatsApp, Azərbaycan dilində |
Müddət kodu ilk dəfə daxil etdiyin andan başlayır. Abunəni davam etdirmək istəməsən, sadəcə yeni kod alma.
Məbləği tezliklə nömrəsinə göndər, sonra qəbzi və seçdiyin paketi WhatsApp ilə yaz. Kodun bir neçə dəqiqəyə gəlir.
WhatsAppYayını telefondan aça bilərsən, amma oyun kompüterdə işləyir. Oyunun ekranını yayına vermək üçün Windows kompüter və TikTok LIVE Studio lazımdır.
Kod ilk daxil edildiyi kompüterə bağlanır. Kompüter dəyişsən, WhatsApp ilə yaz, kodu yeni kompüterə köçürərik. Qalan müddət itmir.
Kod ilk qoşulduğun TikTok hesabına bağlanır. Premium-da 1 ehtiyat hesab da qoşa bilərsən. Hesabını dəyişməli olsan, WhatsApp ilə yaz.
Xeyr. Kodu bir oyunda yazdın, digər oyunlar onu özü tapır.
Oyun yeni olduğu üçün Windows xəbərdarlıq göstərə bilər. Daha çox məlumat, sonra Yenə də işə sal düyməsini bas. Oyunları yalnız bu saytdan yüklə.
Qısa kəsilmələrdə oyun işləməyə davam edir. İnternet uzun müddət olmasa, oyun abunəni yoxlaya bilmədiyi üçün dayanır.
Yeni versiya çıxanda oyunun idarə panelinin yuxarısında xəbərdarlıq görünür. Yeni zip faylını yükləyib köhnəsinin yerinə aç. Kodu yenidən yazmaq lazım deyil.
Oyun açılanda abunə müddətinin bitdiyini yazır. Yeni kod alıb həmin səhifəyə yazırsan, oyun davam edir.
Kodu heç istifadə etməmisənsə, pulun tam qaytarılır.
Yalnız oyundakı xallar, rayonlar və cədvəldə yer. Bunların pul dəyəri yoxdur və satıla bilməz.
Xeyr. TikGaming müstəqil xidmətdir, TikTok və ByteDance ilə bağlı deyil.